ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda etirazlar zamanı həyatını itirənlərin sayının 6373-ə yüksəldiyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 42.486 nəfər həbs olunub. Nümayişlərdə 214 təhlükəsizlik əməkdaşı da daxil olmaqla 6373 nəfər həyatını itirib.


 


İran Şəhid və Qazilər Fondunun açıqlamasına görə, nümayişlərdə təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3117 nəfər həyatını itirib. HRANA isə daha çox hadisəni təsdiqlədiyini bildirərək ölü və həbs sayı barədə məlumatları yeniləməyə davam edir.


 


Bəsti Rəfizadə


Sfera.az