Zərurət yaranarsa, Əbu-Dabidə keçiriləcək yeni ekspert danışıqları bir gündən çox davam edə bilər.


 


Sfera.az bu barədə TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Ukrayna nümayəndələri arasında keçiriləcək növbəti görüş haqqında danışarkən deyib.


 


Onun sözlərinə görə, lazım gələrsə, danışıqlar bəlkə iki gün çəkə bilər. O, növbəti görüşün başlama vaxtını dəqiqləşdirməyib. 


 


"Bunu hələlik sizə deyə bilmərəm", - sözçü bildirib.


 


Qeyd edək ki, yanvarın 23-də Əbu-Dabidə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk günü baş tutdu. İkinci görüş isə yanvarın 24-də baş tutdu. Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edirdi. Üçtərəfli işçi qrupun Ukrayna hissəsinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirdi. Yanvarın 28-də Peskov jurnalistlərə bildirib ki, Əbu-Dabidə Ukrayna böhranının həlli ilə bağlı üçtərəfli danışıqların fevralın 1-də davam etdirilməsi planlaşdırılır.




Firuzə Əliyeva

Sfera.az