2025-ci il ərzində təmin olunmuş 2588 istehlakçı müraciəti əsasında ümumilikdə 383 min manatadək vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılıb.


 


Bu barədə Sfera.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.




 

Qeyd edilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv tədbirlər bazar iştirakçıları arasında hüquqi məsuliyyətin artırılmasına, xüsusilə istehlakçıların pozulmuş hüquqlarının bərpası istiqamətində real nəticələrin əldə olunmasına xidmət edir. 


 


Firuzə Əliyeva

Sfera.az