"Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu seçilib.


 


Sfera.az bu barədə sport24.ru saytına istinadən xəbər verir.


 


Norveçli futbolçu "Real"la matçda dubl edərək komandasının 1/16 finala yüksəlməsinə kömək edib.


 


Şelderup mükafat uğrunda mübarizədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallisteri, "Çelsi"nin hücumçusu Joao Pedronu və "Bayer"in yarımmüdafiəçisi Malik Tillmanı qabaqlayıb.