Cennifer Lopezin keçmiş həyat yoldaşı, məşhur amerikalı müğənni Mark Entoni yenidən ata olmağa hazırlaşır. 57 yaşlı musiqiçi və 26 yaşlı model həyat yoldaşı Nadia Ferreira ikinci dəfə valideyn olacaqlar. Maraqlısı isə budur ki, bu körpə Entoninin səkkizinci övladı olacaq.




Sfera.az xəbər verir ki, Nadia Ferreira cütlüyün üçüncü evlilik ildönümü münasibətilə “Instagram”da paylaşım edərək hamilə olduğunu açıqlayıb. Fotolarda modelin xeyli böyümüş qarnı diqqət çəkib.




Mark Entoni, Nadia və onların kiçik oğulları birlikdə kamera qarşısına keçərək əllərini hamiləlik qarnının üzərinə qoyublar. Paylaşımda cütlük bu sözləri yazıb:

“Həyat bizə necə də gözəl bir hədiyyə verir. Marsito böyük qardaş olacaq".




Qeyd edək ki, Mark Entoninin əvvəlki münasibətlərindən altı övladı var. Debbi Rosadodan qızı Ariana və oğlu Çeyz, model Diana Torresdən isə oğulları Kristian və Rayan dünyaya gəlib. Müğənninin Cennifer Lopezlə evliliyindən isə əkizləri Emma və Maks var. Cütlük 2014-cü ildə boşanıb.




Mark Entoni daha sonra model Nadia Ferreira ilə ailə həyatı qurub. Cütlüyün ilk övladı 2023-cü ilin iyun ayında dünyaya gəlib.




Cennifer Lopez isə 2022-ci ildə “Oskar” mükafatı laureatı aktyor Ben Affleklə evlənmişdi. Lakin bu evlilik cəmi iki il davam edib. Müğənni boşanmaq üçün rəsmi müraciət edib və cütlük bir müddət ayrı yaşayıb. Onların bu evlilikdən ortaq övladı yoxdur.


 


Aynil


Sfera.az