Tamhüquqlu Fələstin dövlətinin yaradılması prinsipial məsələdir.


 


Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.


 


“Biz dəfələrlə Fələstin-İsrail münaqişə zonasındakı vəziyyəti və Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün birgə səyləri müzakirə etmişik. Amma təbii ki, əsas məsələ İsraillə təhlükəsiz dünyada birgə yaşayacaq tamhüquqlu Fələstin dövlətinin yaradılmasıdır”, - deyə Rusiya lideri Kremldə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla görüşdə deyib./axar.az