Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub.


 


Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.


 


Əmrə əsasən, A.Əzimov 4 ildən artıqdır tutduğu vəzifədən azad edilib.


 


Qeyd edək ki, A.Əzimov 2021-ci ilin oktyabrından AXA sədrinin müavini vəzifəsində çalışırdı.