“L'Equipe” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda oynayan fransalı hücumçu Kərim Benzema klubun yeni müqavilə təklifini qəbul etməyərək komandada oynamaqdan imtina edib.


 


Sfera.az xəbər verir ki, klub Benzemaya hazırkı maaşından xeyli aşağı əməkhaqqı təklif edib.


 


Oyunçunun mövcud müqaviləsi iyun ayında başa çatır.




38 yaşlı Benzema 2023-cü ildən bəri "Əl-İttihad"da çıxış edir və 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb. Əvvəlki klubu Fransanın "Lion" komandası olub, 2009–2023-cü illərdə isə "Real Madrid"də 648 oyuna çıxaraq 354 qol vurub. "Real Madrid"də beş dəfə Çempionlar Liqasını, dörd dəfə İspaniya liqasını və üç dəfə Kral Kubokunu qazanıb.




Milli səviyyədə Benzema Fransa komandası ilə 2021-ci ildə Millətlər Liqasını, 2022-ci ildə isə Dünya Kubokunda gümüş medalı qazanıb. Eyni zamanda, 2022-ci ildə "France Football" jurnalı tərəfindən həmin il dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl Top" mükafatına layiq görülüb.


 


Niyaz Hacıyev

Sfera.az