“Survivor All Stars 2026” yarışmasında iştirak edən müğənni Doğuş bu dəfə adadakı performansı ilə deyil, ailəsindən gələn emosional müraciətlə gündəmə gəlib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı telefonla ona zəng edərək yarışmadan geri qayıtmasını xahiş edib. Hidayətqızı bildirib ki, Doğuşun yoxluğu uşaqlara ağır təsir göstərir.


 


Onun sözlərinə görə, övladları ataları üçün çox darıxır, tez-tez ağlayır və bu vəziyyət onların həm təhsilinə, həm də psixoloji durumuna mənfi təsir edir. “Survivor”un əvvəlki mövsümlərində də iştirak etmiş Doğuş, 2026-cı il mövsümündə “All Stars” heyəti ilə yenidən yarışmaya qatılıb. Lakin bu dəfə onun adı daha çox ailəsinin yaşadığı çətinliklərlə bağlı çəkilir.


 


Müsahibəsində prosesin gözlədiyindən qat-qat ağır olduğunu deyən Xoşqədəm Hidayətqızı Doğuşun yarışmaya qatılmasına razılıq verdiyinə görə peşman olduğunu da etiraf edib: “Əgər belə olacağını bilsəydim, onu buraxmazdım”,- deyə aparıcı bildirib.


 


Fidan Hacızadə


Sfera.az