Bəzi bürclər inciklikləri daha uzun müddət yadda saxlayır və bağışlamaq onlar üçün asan olmur.
Sfera.az ən kinli bürclər siyahısını təqdim edir:
Əqrəb
Əqrəblər xəyanət və etimadsızlığı asanlıqla unutmur, incikliyi illərlə yadda saxlaya bilirlər. Onlar üçün bağışlama zəiflik kimi qəbul oluna bilər.
Buğa
Sakit və səbirli xarakteri ilə tanınan Buğalar etibar sarsıldıqda bunu uzun müddət xatırlayır və münasibətlərdə əvvəlki kimi davranmırlar.
Xərçəng
Həddən artıq emosional olan Xərçənglər xüsusilə yaxın insanlardan gördükləri mənfi davranışları unutmur və bunu daxillərində uzun müddət daşıyırlar.
Oğlaq
Oğlaq bürcü də kin saxlamağa meylli hesab olunur. Oğlaqlar emosiyalarını açıq göstərməsələr də, edilən səhvləri unutmur və münasibətlərdə məsafə saxlamağa başlayırlar.
Qız
Qız bürcü isə kindar olmaqdan çox, detalları unutmayan bürc kimi xarakterizə edilir. Qızlar baş verən hadisələri analiz edir və inciklikləri yaddaşında saxlayır.
Qeyd olunur ki, Qoç, Şir, Əkizlər, Dolça və Balıqlar kin saxlamağa daha az meylli bürclər hesab edilir. Onlar qısa müddətli emosional reaksiyalar versələr də, zamanla incikliyi buraxmağı bacarırlar.
Fidan Hacızadə
Sfera.az