A$AP Rocky mümkün siyasi karyera planları ilə diqqət çəkib.
Sferaa.az xəbər verir ki, 37 yaşlı reper tanınmış müğənni Rihannanın həyat yoldaşıdır.
Əsl adı Rakim Atelaston Mayersolan olan sənətçi “Esquire” jurnalına verdiyi müsahibədə 2029-cu ildə Nyu-York şəhərinin meri olmağa namizəd ola biləcəyini deyib.
“2029 - Mer Meyersə səs verin. Rocky-ə səs verin”, - deyə reper zarafatla bildirib.
Əgər Rocky doğrudan da seçki yarışına qatılmaq qərarına gəlsə, o, şəhərin mövcud siyasi fiqurları ilə rəqabət aparmalı olacaq. Maraqlıdır ki, siyasətə gəlməzdən əvvəl bəzi siyasətçilərin də qısa müddətli musiqi karyerası olub. Rocky konkret ad çəkməsə də, Nyu-Yorkda köklü dəyişikliklərə ehtiyac olduğunu vurğulayaraq, sosial və iqtisadi problemlərə toxunub.
“Düşünürəm ki, insanların qayğısına qaldığım üçün yaxşı mer ola bilərəm”, - deyə o bildirib.
“Yollardakı çuxurları görürəm və onların təmir olunmasına ehtiyac var. Metro qiymətlərinin 3 dollara qalxması dəlilikdir. İnflyasiya da eyni şəkildə. Sosial yardım proqramları, ərzaq talonları - bütün bunları təkmilləşdirməliyik. İş yerləri, səhiyyə, ümumiyyətlə hər şey daha yaxşı olmalıdır”, - Rokcky qeyd edib.
Əgər A$AP Rocky həqiqətən də seçkilərdə iştirak edib qalib gələrsə, onun dünya şöhrətli partnyoru Rihanna avtomatik olaraq Nyu-Yorkun “Birinci xanımı” statusunu qazanacaq. “New York Post” qəzetinin yazdığına görə, bu halda ianə toplamaq da elə bir problem olmayacaq. Çünki Rihanna milyarder pop ulduzdur.
Qeyd edək ki, cütlük 2020-ci ildən birlikdədir və üç övladı var.
Firuzə Əliyeva
Sfera.az