Bakıda daha iki nəfər dəm qazından zəhərlənərək ölüb.


 


Sfera.az xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.


 


Bundan əlavə analoji hadisə Nərimanov rayonunda yaşanıb. Xətai küçəsi, ev 33, mənzil 12-də yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında dəm qazından ölüb.


 


Araşdırma aparılır.