Rusiyanın Çindəki səfiri İqor Morqulov fələstinli həmkarı Cavad Avad ilə Yaxın Şərqdəki vəziyyətin həlli perspektivlərini müzakirə edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Çindəki diplomatik nümayəndəliyi məlumat yayıb.
Rusiya səfirliyinin "Telegram" kanalında yayılan xəbərə əsasən, Rusiya-Fələstin münasibətlərinə xas olan dostluq və etimad mühitində tərəflər Yaxın Şərqdəki vəziyyətin həlli perspektivlərini müzakirə ediblər. Qeyd olunur ki, Fələstin səfiri Moskvanın fələstinlilərin BMT-nin müvafiq qərarlarına əsaslanaraq müstəqil dövlət qurmaq hüququnu dəstəkləməkdəki ardıcıl mövqeyini yüksək qiymətləndirib.
Niyaz Hacıyev
Sfera.az