UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib.


 


Sfera.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.


 


Pley-off-da aşağıdakı cütlüklər üz-üzə gələcək:


 


"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)


"Monako" (Fransa) - PSJ (Fransa)


"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)


"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)


"Budyo-Qlimt" (Norveç) - "İnter" (İtaliya)


"Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya)


"Brügge" (Belçika) - "Atletiko" (İspaniya)


"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)


 


Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.


 


Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.


 


Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.