"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.



 


Sfera.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionunun rəqibi "Nyukasl" olub.


 


Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.




Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.


 


***


 


"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olur.


 


Sfera.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürüb.


 


Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz "səpələnməmişlər" səbətində yer alacaq. "Qarabağ" "səpələnmişlər" səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl Yunayted" klublarıdır.


 


Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.


 


Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.


 


Niyaz Hacıyev


Sfera.az