Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin İranın daxili problemlərinin xarici müdaxilə olmadan həllini dəstəklədiklərini bildirib.
Sfera.az xəbər verir ki, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi mətbuat konfransında Fidan qeyd edib:
"Biz İrandakı hadisələri diqqətlə izləyirik. Etirazlar zamanı insan itkisinə görə dərin təəssüf hissi keçiririk və İran xalqına başsağlığı vermək istəyirik. Vəziyyətin əsasən sabitləşməsinə sevinirik. Ümid edirik ki, sakitlik davam edəcək və İranın daxili problemləri dinc yolla, xarici müdaxilə olmadan, xalqın özü tərəfindən həll olunacaq."
Niyaz Hacıyev
Sfera.az