“Yelo Bank”ın müştəriləri üçün kredit ödənişləri ilə bağlı yeni qayda qüvvəyə minir.




Sfera.az xəbər verir ki, fevralın 1-dən etibarən bankın sayt üzərindən həyata keçirilən kredit ödənişlərinə 0,5 faiz komissiya tətbiq olunacaq.




Bundan əlavə, ödəniş terminalları vasitəsilə edilən kredit ödənişlərində də komissiya tutulması davam edəcək.




Qeyd edilib ki, yalnız “Yelo Bank”a məxsus ödəniş terminalları və bank kassaları vasitəsilə həyata keçirilən kredit ödənişləri komissiyasız olacaq.