Süni intellektin köməyi ilə yaradılan siam əkizlər Valeriya və Kamila qısa müddətdə sosial şəbəkələrin ən çox danışılan virtual fenomenlərindən birinə çevriliblər. Rəqəmsal avatarlar yüz minlərlə izləyici toplayaraq internetdə geniş maraq doğurub.


 




Sfera.az xəbər verir ki, Valeriya və Kamila real insanlar deyil, süni intellekt tərəfindən yaradılmış virtual modellərdir. Buna baxmayaraq, onların “Instagram” səhifəsini izləyənlərin böyük əksəriyyəti bunu ya fərq etmir, ya da əhəmiyyət vermir.


 




İdeal görünüşün artıq kifayət etmədiyi virtual model dünyasında siam əkiz konsepti istifadəçilərin diqqətini dərhal cəlb edib. Təxminən 280 min izləyicisi olan hesabda paylaşılan görüntülər süni şəkildə yaradılsa da, şərhlər təriflər, ürəklər və hətta görüş təklifləri ilə doludur.


 




Marağı artıran əsas məqamlardan biri də əkizlər üçün hazırlanmış uydurma tərcümeyi-haldır. Uşaqlıq fotoları, gündəlik həyat hekayələri və guya keçirdikləri çətin əməliyyatlarla bağlı dramatik paylaşımlar onları izləyicilər üçün daha “real” göstərir.


 




Digər AI fenomenlərindən fərqli olaraq, Valeriya və Kamila heç vaxt açıq şəkildə süni intellekt məhsulu olduqlarını etiraf etməyiblər. Bu qeyri-müəyyənlik isə həm maraq, həm də mübahisələr yaradaraq onların populyarlığını daha da artırır.


 


Aynil