Amerikalı musiqi maqnatı Şon Kombsun (reper P. Diddi kimi tanınır) Tupak Şakurun qətlindən təcavüz qurbanını qorxutmaq üçün istifadə etdiyi iddia olunur.
Sfera.az xəbər verir ki, bu barədə Stiv Otis adlı şəxsin qaldırdığı yeni və mübahisəli məhkəmə iddiasında qeyd edilib.
İddiaçı bildirir ki, 2012-ci ildə eskort kimi çalışdığı dövrdə P. Diddi tərəfindən bir otel otağında təcavüzə məruz qalıb. Otisin sözlərinə görə, reper əvvəlcə ona narkotik maddə verib, daha sonra isə ondan sui-istifadə edib.
Məhkəmə sənədlərində Kombsun Otisi zorakı və qeyri-təbii formada cinsi əlaqəyə məcbur etdiyi də iddia olunur. Otis ağrı hiss etdiyini, dayanması üçün yalvardığını, lakin buna baxmayaraq zorakılığın davam etdiyini bildirib.
“Tupakı öldürmüşəmsə, səni də öldürə bilərəm”
İddia ərizəsinə əsasən, həmin “zorakılıq gecəsindən” sonra P. Diddi Otisi hədələyib. Təhdidlərdən birində reperin Tupak Şakurun qətlinə işarə etdiyi vurğulanır.
“Bu barədə heç kimə danışmasan yaxşı olar. Zarafat eləmirəm. Tupakı öldürə bilirəmsə, səncə, sənin başına nə gələ bilər?” – Otis ifadəsində Kombsun bu sözləri dediyini bildirib.
Lakin iddialara görə, hədələr bununla bitməyib. 2014-cü ildə Otisin P. Diddinin “Instagram” səhifəsində şərh yazmasından sonra reperin onu qorxutmaq üçün vasitəçilərdən istifadə etdiyi və təzyiqlərin yenidən gücləndiyi qeyd olunur.
İddia sənədlərində ölüm təhdidlərinin açıq şəkildə ifadə edildiyi vurğulanır:
“Ya susmalı, ya da ölməlisən”
Otis bildirib ki, o dövrdə çalışdığı eskort xidmətinin nümayəndələri də onu musiqiçinin “insanları yoxa çıxarmaq gücünə malik olduğu” barədə xəbərdar ediblər.
İddiaçı etiraf edib ki, yalnız P. Diddi dəmir barmaqlıqlar arxasına düşdükdən sonra özünü nisbətən təhlükəsiz hiss edib.
Qeyd edək ki, reper ötən ilin oktyabr ayında dörd il müddətinə azadlıqdan məhrum edilib.
Aynil
Sfera.az