Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib.




Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.


 


O, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldığını qeyd edib:


 


“Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”./APA