Kolumbiyalı superulduz Şakira rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşərək bütün zamanların ən çox gəlir əldə edən Latın Amerikalı müğənnisi kimi tarixə düşüb.
Sfera.az “Billboard”a istinadla xəbər verir ki, onun 2025-ci ilin fevral ayında başlayan və 2026-cı ilə qədər davam edən "Las Mujeres Ya No Lloran " ("Qadınlar Artıq Ağlamır") adlı qlobal turniri artıq heyrətamiz rəqəmlərə imza atıb.
Belə ki, bu müddətdə 3,3 milyon bilet satılıb, 86 konsert verilib, ümumi gəlir 421,6 milyon dollar olub.
Bu əvvəlki rekordçu, 2,9 milyon biletdən 409,5 milyon dollar qazanan Luis Migueli və ondan əvvəl 1,9 milyon biletdən 314,1 milyon dollar qazanan "Dünyanın ən isti turu"nu geridə qoyub.
Qeyd edək ki, rəsmi rekord 11 dekabr 2025-ci ildə turun gəliri 410 milyon dolları keçdikdə qırılıb və tur hələ bitməyib, Şakiranın 2026-cı il üçün hələ doqquz konserti var.
Müğənni bu hadisəni karyerasında xüsusi bir an adlandırıb:
“Bu rekordu qırmaq mənim üçün böyük bir mərhələdir, xüsusən də tarixən Latın Amerikası və İspaniyada neçə inanılmaz sənətçinin qastrol səfərində olduğunu nəzərə alsaq. 30 illik səy və çətinliklərlə dolu karyeradan sonra bu anı yaşamaq sadəcə inanılmazdır. Sədaqətlərinə və ehtiraslarına görə pərəstişkarlarıma sonsuz minnətdaram. Bunların heç biri onlar olmadan mümkün olmazdı. Şübhəsiz ki, dünyanın ən yaxşı pərəstişkarlarım var”.
Firuzə Əliyeva
Sfera.az