Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodriqez siyasi məhbuslar üçün ümumi əfv qərarı elan edib.
Sfera.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
"1999-cu ildən bu günə qədər bütün siyasi zorakılıq dövrünü əhatə edəcək ümumi əfv qanununun təşviqi ilə bağlı qərarı elan etmək istəyirəm", - deyə Rodriqez Venesuela Ali Məhkəməsində 2026-cı il məhkəmə ilinin açılış mərasimində bildirib.
O, məhkəmə islahatı və demokratik birgəyaşayış və sülh proqramı üzrə komissiyaya ümumi əfv qanununu tezliklə Milli Assambleyaya (parlamentə) təqdim etməyi tapşırıb. Rodriqez qanunvericilərə müraciət edərək qanunun siyasi qarşıdurma, zorakılıq və ekstremizmin yaratdığı yaraları sağaltmasına və ölkədə ədalətin bərpasına kömək etməsi üçün əməkdaşlığı maksimum dərəcədə artırmağa çağırıb.
Rodrigez ümumi əfv qanununun Venesuela Prezidenti Nikolas Maduro ilə müzakirə olunduğunu qeyd edib.
Firuzə Əliyeva
Sfera.az