Ermənistan müdafiə nazirinin əmri ilə 20 il və daha çox müddət ərzində Ermənistan Silahlı Qüvvələrində mənəvi xidmət göstərən Ruhani Rəhbərlik bölməsi ləğv edilib.


 


Sfera.az xəbər verir ki, bu barədə Ata Psak Mkrtçyan sosial mediada yazıb.


 


Mkrtçyan əlavə edib ki, Artıq (Ermənistan Silahlı Qüvvələrində) ruhani vəzifələrimizdən azad olunublar.


 


Məlumata görə, Müdafiə Nazirliyi Müqəddəs Eçmiədzin Ana Taxt-tacına müvafiq bildiriş göndərib.


 


Firuzə Əliyeva 

Sfera.az