Astrologiyada hər bürcün uğurlu rəqəmləri olduğu kimi, enerjisi ilə uyğun gəlməyən - uğursuz sayılan rəqəmləri də var. Astroloqlar bildirirlər ki, bu rəqəmlər bəzi günlərdə qərarvermə, maliyyə və şəxsi məsələlərdə mənfi təsir göstərə bilər.


 


Sfera.az milli.az-a istinadən bürclər üzrə uğursuz rəqəmləri təqdim edir:


 


Qoç - 4, 6


Bu rəqəmlər Qoçun enerjisini zəiflədir, tələskən qərarlara səbəb ola bilər.


 


Buğa - 1, 7


Buğalar üçün bu rəqəmlər maddi itkilər və anlaşılmazlıqlar riski yaradır.


 


Əkizlər - 8, 9


Əkizlər bu rəqəmlərlə əlaqəli günlərdə diqqətsiz və gərgin ola bilərlər.


 


Xərçəng - 3, 5


Bu rəqəmlər Xərçəngin emosional balansını poza bilər.


 


Şir - 4, 10


Şirlər üçün bu rəqəmlər nüfuz və imiclə bağlı problemlər yarada bilər.


 


Qız - 6, 11


Qız bürcü bu rəqəmlərlə planlaşdırılan işlərdə gecikmə və uğursuzluqla üzləşə bilər.


 


Tərəzi - 2, 8


Bu rəqəmlər Tərəzilərin münasibətlərində gərginlik yarada bilər.


 


Əqrəb - 5, 12


Əqrəblər üçün bu rəqəmlər gözlənilməz maneələrlə əlaqələndirilir.


 


Oxatan - 4, 13


Riskli qərarlar və uğursuz səfərlər bu rəqəmlərlə bağlanır.


 


Oğlaq - 7, 9


Bu rəqəmlər Oğlaqlar üçün iş və karyera sahəsində çətinlik yarada bilər.


 


Dolça - 1, 6


Dolçalar bu rəqəmlərlə bağlı günlərdə anlaşılmazlıqlarla qarşılaşa bilərlər.


 


Balıqlar - 8, 10


Balıqlar üçün bu rəqəmlər emosional yorğunluq və məyusluq gətirə bilər.


 


Astroloqlar qeyd edirlər ki, bu rəqəmlər tam qadağa deyil, sadəcə diqqətli olmaq üçün xəbərdarlıq xarakteri daşıyır. Bürclərin enerjisi zaman-zaman dəyişdiyi üçün şəxsi ulduz xəritəsi də nəzərə alınmalıdır.