ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyətdə olduğu il ərzində ABŞ-yə təxminən 18 trilyon dollar investisiya cəlb edə bilib.
Sfera.az xəbər verir ki, bu da sələfi Co Baydenin cəlb etdiyi sərmayələrdən 18 dəfə çox çoxdur.
"Mən tarif alətindən uğurla istifadə edərək Amerikada əvvəllər heç bir ölkənin görmədiyi qədər böyük investisiyalar təmin etmişəm. Hesabata görə, Co Bayden dörd il ərzində ABŞ-də 1 trilyon dollardan az yeni investisiya əldə edib. Bir ildən az müddətdə biz 18 trilyon dollardan çox öhdəlik götürmüşük ki, bu da bir çoxları üçün ağlasığmaz bir rəqəmdir", - Tramp "The Wall Street Journal" qəzetinə verdiyi məqalədə bildirib.
Tramp daha əvvəl bildirmişdi ki, idxal rüsumları sayəsində 2025-ci ilin sonuna qədər ABŞ iqtisadiyyatına investisiyalar 20 trilyon dolları keçə bilər.
Qeyd edək ki, 2 apreldə Tramp 185 ölkə və əraziyə rüsumlar tətbiq etdi. Daha sonra Amerika lideri bəzi ölkələr üçün tarifi dəyişdirdi.
Firuzə Əliyeva
Sfera.az