Fatih Ürekin qatıldığı bir verilişdə özü haqqında verdiyi açıqlamalar ölümündən sonra yenidən gündəmə gəldi. 


 


Sfera.az xəbər verir ki, verilişdə Ürek sanki hisslərini ifadə edərək hər şeydən bezdiyini və çox tənha bir insan olduğunu bildirib.




Ürek müsahibəsində bildirib: "Hər şeydən çox bezmişəm. İnanın mənə, bezmişəm, çox bezmişəm. Tıxacdan, insanlardan bezmişəm. İnsanlar pisdir. Heç kimi görmək istəmirəm, heç kimlə görüşmək istəmirəm. Deyirəm ki, indi çox xoşbəxtəm. Hər şey mənə saxta görünür, həqiqətən üzr istəyirəm. Çöldə göründüyüm kimi deyiləm. Bərli-bəzəkliyəm, amma evdə hətta cırıq köynəklərdə otururam. Çox tənha adamam".


 


Qeyd edək ki, 15 oktyabr 2025-ci ildə ürək tutması keçirərək xəstəxanaya yerləşdirilən və 107 gün reanimasiyada qalan müğənni Fatih Ürek 30 yanvar axşamı vəfat edbi. Onun ölümü sənət dünyasını və yaxın ətrafını yasa qərq edib.


 


Firuzə Əliyeva

Sfera.az