Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.


 


Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


 


Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir. (Mənbə:APA)