Tovuz bıçaqlanma hadisəsi olub.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü E.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. 32 yaşlı kişiyə yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.
Xatırladaq ki hər iki şəxs Tovuz rayonun Düz Qırıxlı kənd sakinləridir. Hadisə isə kənd ərazisində fəaliyyət göstərən kafelərin birində baş verib. Hazırda fakta bağlı araşdırma aparılır.