Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.


 


Sfera.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.


 


VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır.