Göygöldə 34 yaşlı kişi kəsici alətlə xəsarət alıb.


 


Sfera.az-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü O. Həsənov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.


 


Xəstəyə zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.


 


Faktla bağlı araşdırma aparılır.