İsrail ordusu Livanın cənub bölgələrində “Hizbullah” təşkilatına məxsus hərbi obyektlərə növbəti hava zərbələri endirib.


 


Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.


 


Məlumata görə, gün ərzində Məzraat-Abudiya yaşayış məntəqəsi ərazisində “Hizbullah”a aid bir neçə mühəndis qurğusu hədəfə alınıb. İsrail tərəfi iddia edir ki, sözügedən texnika təşkilatın hərbi infrastrukturunun bərpası məqsədilə istifadə olunurdu.


 


Əməliyyat zamanı “Hizbullah” silahlı birləşmələrinin bir üzvünün də zərərsizləşdirildiyi bildirilib.