Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə yaşanıb.


 


Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.


 


 


 


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. (Mənbə: report)