Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.


 


Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.


 


Faktla bağlı araşdırma aparılır.