Portuqaliyanın "A Bola" qəzetinin məlumatına görə, beşqat “Qızıl Top” sahibi Kriştiano Ronaldo klub rəhbərliyinin qərarına etiraz olaraq Səudiyyə Ərəbistanı Premyer Liqasındakı növbəti oyununu boykot etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun klubu idarəetmə tərzindən narazıdır və bu idarəetmənin digər komandalarla müqayisədə "Əl-Nəsr"i yetərincə gücləndirmədiyini hesab edir. Ronaldo xüsusilə transfer pəncərəsi dövründə komandanın mövqelərinin kifayət qədər möhkəmləndirilmədiyini bildirir.
Qeyd edək ki, "Əl-Nəsr" fevralın 2-də Premyer Liqanın 19-cu turunda "Əl-Riyad"la qarşılaşacaq. Komanda 43 xalla turnir cədvəlində ikinci pillədədir və lider "Əl-Hilal"dan üç xal geri qalır. 40 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi və milli komandalar, Avropa çempionatı, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran futbolçudur. 2022-ci ilin dekabrında o, "Əl-Nəsr"ə qoşulub və karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və "Real Madrid" klublarında da çıxış edib.
Niyaz Hacıyev
Sfera.az