Abşeronda qadın dəm qazından ölüb.


 


Sfera.az xəbər verir ki, 1983-cü il təvəllüdlü E.Seyidova Aşağı Güzdək qəsəbəsi H. Məmmədov küçəsindəki evində boğulub.


 


Onun hamam otağında olarkən dəm qazından zəhərləndiyi müəyyənləşib.


 


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.