"Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər".


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında spiker Sahibə Qafarova deyib. Parlament sədri qeyd edib ki, dövlət başçımızın uzaqgörən siyasəti parlament diplomatiyasının uğurunun əsas amilidir:


 


"Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında, tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynamışlar. Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini üərkdən təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar arzulayıram".


 


Firuzə Əliyeva


Sfera.az