Moda proqramları ilə tanınan Nihal Candanın uzun müddətdir mübarizə apardığı anoreksiya nervoza xəstəliyi səbəbindən 20 iyunda vəfat etməsindən sonra bacısı, fenomen Bahar Candanın davranışları və sosial media paylaşımları geniş müzakirələrə səbəb olub.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, son günlərdə Bahar Candanla bağlı ictimaiyyəti narahat edən daha bir hadisə baş verib.
Məlumata görə, o, gecə saatlarında anası Umut Candana “Bacımın yanına getmək istəyirəm” məzmunlu mesaj göndərdikdən sonra özünə zərər verməyə cəhd edib. Xəbərdarlıqdan sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadaları Bahar Candanı evində huşsuz vəziyyətdə tapıblar.
O, dərhal xəstəxanaya çatdırılıb, ilkin tibbi müdaxilə göstərilib və həyatı xilas edilib. Hazırda Bahar Candanın müalicəsi davam edir, vəziyyətinin nəzarət altında olduğu bildirilir.
Qeyd edək ki, Bahar Candanın bacısının ölümündən sonra etdiyi paylaşımlar daha əvvəl də sosial mediada kəskin tənqidlərə səbəb olmuşdu. Hadisə cəmiyyətdə psixoloji sağlamlıq, sosial media təzyiqi və ictimai linç mövzularını yenidən gündəmə gətirib.
Fidan Hacızadə
Sfera.az