İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran ABŞ ilə bütün təmaslarda ölkəyə tətbiq edilən birtərəfli sanksiyaların ləğvini əsas hədəf kimi müəyyən edib.


 


Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.


 


“İranın nüvə proqramının mahiyyəti ilə bağlı etimad yaratmaq müqabilində tələbimiz illər ərzində xalqımıza tətbiq edilən ədalətsiz sanksiyaların aradan qaldırılmasıdır. Sanksiyaların ləğvi məsələsi istənilən diplomatik qarşılıqlı əlaqədə bizim əsas prioritetimiz olacaq”, – deyə o, həftəlik brifinqdə vurğulayıb.


 


Bəqayi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ ilə danışıqlar sisteminin qurulmasında irəliləyiş barədə fikirlərinə münasibət bildirərək deyib ki, müxtəlif aspektlər hazırda müzakirə olunur və Tehran hər bir diplomatik prosesin detalları ilə bağlı qərarlar qəbul edir. O, yaxın günlərdə müsbət nəticə əldə ediləcəyinə ümid etdiyini əlavə edib.


 


Qeyd edək ki, Laricani isə 31 yanvarda qeyd etmişdi ki, medianın vəziyyəti gərginləşdirməsinə baxmayaraq, İran və ABŞ arasında dialoq qurmaq üçün danışıqlar sisteminin formalaşdırılması irəliləyir.


 


Niyaz Hacıyev


Sfera.az