"Kəndə qayıdan insanlara güzəştli kreditlər verilməlidir".


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.


 


O qeyd edib ki, fevral ayından ipoteka kreditlərinin verilməsinə başlanılıb:


 


"Dərhal işbazlar və mənzil satanlar evlərin qiymətlərini qaldırırlar. Bilirlər ki, insanlar ipoteka kreditləri ilə evlər alacaqlar. Burada da rayonların üstünlük təşkil etməsinə nəzarət etməliyik. Rayonlarda ipoteka daha çox verilsin. Kənddə dərs deyən müəllimlərə güzəştlər olunsun ki, ipotekadan istifadə edib ev ala bilsinlər", - deputat bildirib.


 


Millət vəkili əlavə edib ki, Bakıdan kənar bəzi yerlərdə güzəştli mənzillər tikilməlidir:


 


"Hesab edirəm ki, güzəştli mənzillər digər böyük şəhərlərimizdə də tikilməlidir. Xüsusilə sərhəd bölgələrində olan rayonlarımızı qeyd etmək istərdim. Bu rayonlarda da güzəştli şərtlərlə mənzillərin tikilməsinə şərait yaratmalıyıq".


 


Firuzə Əliyeva


Sfera.az