İnsanın ehtiras səviyyəsi yalnız Günəş bürcü ilə deyil, doğum xəritəsində Mars, Venera və Ayın mövqeyi ilə də sıx bağlıdır. Mars cinsi enerji və ehtirası, Venera istək və cazibəni, Ay isə emosional yaxınlıq ehtiyacını simvolizə edir. 




Sfera.az ehtirası aşağı olduğu deyilən bürcləri təqdim edir:




Qız




Analitik düşüncəsi və detallara həddindən artıq fokuslanması səbəbilə Qızlar cinsi mövzularda spontan olmaya bilirlər. Onlar üçün fiziki yaxınlıqdan əvvəl emosional və intellektual uyğunluq vacibdir.




Oğlaq




Məsuliyyət, karyera və gələcək planlar Oğlaqların həyatında ön plandadır. Bu səbəbdən cinsəllik çox vaxt ikinci plana keçir və libido aşağı görünə bilər.




Dolça 




Zehni fəaliyyətə və azadlığa üstünlük verən Dolçalar fiziki ehtirasdan daha çox ideya və düşüncə paylaşımına önəm verirlər. Bu da onların libido səviyyəsinin zəif qiymətləndirilməsinə səbəb olur.




Tərəzi




Romantika və harmoniya axtarışında olan Tərəzilər üçün emosional balans önəmlidir. Fiziki ehtiras adətən dərin emosional bağdan sonra ortaya çıxır.




Xərçəng




Xərçənglər üçün təhlükəsizlik və güvən əsas şərtdir. Emosional bağ qurulmadan cinsi istək zəif ola bilər.