İspaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Mikel Merinonun sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.
Sfera.az xəbər verir ki, klubun rəsmi məlumatına görə, İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted"lə matçda (2:3) zədələnən 29 yaşlı oyunçunun durumu ciddi qiymətləndirilir.
London təmsilçisi Merinonun ayağında sümük zədəsi olduğunu və yaxın günlərdə əməliyyat olunacağını bildirib.
Futbolçunun əməliyyatdan sonra reabilitasiya mərhələsinə başlayacağı və uzun müddət meydançadan kənarda qalacağı gözlənilir. Qeyd edək ki, Merino bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2024-cü ildə İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında qalib olub.
Niyaz Hacıyev
Sfera.az