Turin klubu heyətini gücləndirib.


 


Sfera.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, "Yuventus" Fransanın "Nitsa" klubunda çıxış edən yarımmüdafiəçi Jeremi Boqanı icarəyə götürüb. 29 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə bağlanıb.


 


Qeyd edək ki, Boqa 2023-cü ilin yayından etibarən "Nitsa"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Nitsa" ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


 


Niyaz Hacıyev


Sfera.az