“Real Madrid”in zədəli futbolçusu Cud Bellinqemin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.


 


Sfera.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi La Liqanın 22-ci turunda “Rayo Valyekano”ya qarşı keçirilən oyunda (2:1) aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.


 


Aparılan tibbi müayinələr nəticəsində Bellinqemə sol ayağın yarım vətər əzələsinin zədəsi diaqnozu qoyulub. Həkimlərin ilkin rəyinə əsasən, futbolçunun bərpa prosesi ən azı bir ay davam edəcək. Bu səbəbdən İngiltərəli oyunçu Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə keçiriləcək hər iki qarşılaşmada komandasına kömək edə bilməyəcək.


 


Qeyd edək ki, Bellinqem “Rayo Valyekano” ilə oyunun 8-ci dəqiqəsində zədə alaraq meydanı göz yaşları içində tərk etmişdi.


 


Niyaz Hacıyev


Sfera.az