Gəncədə quyu qazılan zaman qaz turbası partlayıb.


 


Sfera.az xəbər verir ki, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.


 


1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və digər xəsarət alanlar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.


 


İlkin məlumata görə, partlayış fəhlələr kanalizasiya quyusunda təmir apararkən baş verib.