Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.


 


Sfera.az Milli Hidrometeorologiya xidmətinə istinadən xəbər verir ki, sabahın havası ilə bağlı tibbi-meteoroloji proqnoz məlum olub.


 


Belə ki, fevralın 3-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir.


 


Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.