Kolumbiyalı müğənni, musiqiçi, bəstəkar və rəqqasə, Livan kökləri olan Şakira 2 fevral 1977-ci ildə anadan olub. Bu gün onun 49 yaşı tamam olur.


 


Sfera.az bu münasibətlə sənətçinin illər ərzində necə dəyişdiyini və şəxsi həyatı ilə bağlı məlum olanları təqdim edir.


 


 


Ən uğurlu Latın Amerikalı sənətçi 2000-ci illərin əvvəllərində həm ispandilli, həm də ingilisdilli musiqi bazarlarında uğur qazanıb. "Şakira" ərəb dilində "minnətdar", hind dilində "işıq ilahəsi" deməkdir.


 


Şakira Uilyam Mebarak və Nydia del Karmenin ailəsində anadan olub. Atası livanlı, anası kolumbiyalıdır. Şakira uşaqlığını doğulduğu Barranquilla şəhərində, El Lemoncito mənzillərində kitablar və alovlu Latın Amerikası ritmləri arasında keçirib.


 


Sənətçi karyerasına başladığı 1990-cı ildən bəri 50 milyon albom satıb. 262 nominasiyadan Şakira iki “Qremmi” və yeddi “Latın Qremmi” də daxil olmaqla, ümumilikdə 204 mükafat qazanıb.


 


Maraqlıdır ki, karyerasının əvvəlində o, qaraşın idi və yalnız bundan sonra saçlarını sarıya boyayıb. 


 


Şakira haqqında maraqlı faktlar


 


Bəzən səhnədə ayaqyalın çıxış edir və vacib görüşlər istisna olmaqla, hər yerdə ayaqyalın görünür.


Şakira anasının ilk, atasının isə 8-ci övladıdır.


2023-cü ilin dekabrında sənətçinin doğulduğu Barranquilla şəhərində müğənniyə həsr olunmuş 6,5 metr hündürlüyündə abidə açılıb. Heykəli yerli rəssam Eno Markes 2005-ci ildə çəkilmiş “Hips Don't Lie” klipindəki obrazı canlandıraraq hazırlayıb. 


Şakira 1994-cü ildə Kolumbiyanın "Oaza" serialında Luis Mariya rolunda da çəkilib.


 


Şakira və ispan futbolçu Gerard Pike 2010-cu ildə müğənninin “Waka Waka” (This Time for Africa) klipinin çəkiliş meydançasında tanış olublar. 2011-ci ilin may ayında münasibətlərini ictimaiyyətə açıqlayıblar, 2013-cü ildə Milan və 2015-ci ildə Saşa adlı oğulları dünyaya gəlib.


 


Bununla belə, müğənni 11 illik münasibətdən sonra Pikenin xəyanəti barədə şayiələr fonunda 2022-ci ilin iyununda keçmiş “Barselona” ulduzundan ayrıldığını açıqlayıb. Ayrıldıqdan sonra və hətta münasibət zamanı Pike Klara Çia Marti ilə münasibətə başlayıb. 


 


Ayrılıqdan çətinlik çəkən Şakira daha sonra:


 


 "Bu iki uşağa, məndən çox asılı olan bu iki körpəyə görə məsuliyyət daşıyıram və tək anayam, mənə heç bir işdə kömək edəcək nə ərim, nə də evdə köməkçim var"-deyib.


 


 


Aynil