2026-cı il “Qremmi” mükafatlandırma mərasiminin qırmızı xalçası təkcə dəb deyil, siyasi mesajlarla da diqqət çəkib. Bəzi ulduzlar ABŞ-ın sərt immiqrasiya siyasətinə etiraz olaraq “ICE out” nişanları taxıblar. Gecənin ən çox müzakirə olunan obrazı isə Chappelle Roanın “Mugler” geyimi olub.


 


Sfera.az-ın məlumatına görə, “İlin Albomu” mükafatını Bad Bunny ispan dilindəki “Debí Tirar Más Fotos” albomu ilə qazanıb. Kendrick Lamar beş mükafatla gecənin ən çox qalibi olub.


 


Billi Ayliş “Wildflower” mahnısı ilə üçüncü dəfə “İlin Mahnısı” seçilib və ümumilikdə 10-cu “Qremmi”sini qazanıb. O, mərasimdə siyasi çıxış da edib.


 


“The Cure” qrupu ilk “Qremmi”lərini qazanaraq iki mükafata layiq görülüb. Lola Yanq “Messy” ilə “Ən Yaxşı Pop Solo Performansı”, Ledi Qaqa isə “Abracadabra” və “Mayhem” layihəsi ilə fərqlənib.


 


Rejissor Stiven Spilberq “Con Uilyamsın musiqisi” filminə görə EGOT statusu əldə edib. Beyons bu il namizəd olmayıb və mərasimdə iştirak etməyib


 


Aynil