Rusiyanın Kamçatka yarımadasında 5 maqnitudada zəlzələ qeydə alınıb, region sakinləri yeraltı təkanları 3 maqnitudada hiss ediblər.


 


Sfera.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat verib.


 


"Seysmik hadisə 5 maqnitudada olub və episentri Klyuçi qəsəbəsindən 35 km məsafədə yerləşib. Episentr 36 km dərinlikdə yerləşib", - nazirlik bildirib.


 


Xəsarət və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.