“Milan” heyətini yeni futbolçu ilə gücləndirib. Belə ki, “Rossenerlər” “Verona” klubunun yarımmüdafiəçisi Alfadjo Sisseni transfer ediblər.
Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı futbolçunun keçidi üçün “Verona”ya 8 milyon avro ödəniləcək. Müqavilədə əlavə olaraq 1,5 milyon avro bonus da nəzərdə tutulub. Sisse cari mövsüm başa çatdıqdan sonra – yayda Milana qoşulacaq. Gənc oyunçu mövsümün sonuna qədər icarə əsasında çıxış etdiyi “Katandzaro” klubunda qalacaq.
O, bu mövsüm B Seriyasında 21 oyuna çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Niyaz Hacıyev
Sfera.az