İtaliya prezidenti Sercio Mattarella Milan və Kortina d'Ampezzoda keçiriləcək Olimpiya Oyunları zamanı atəşkəsə çağırıb.


 


Sfera.az xəbər verir ki, onun açıqlamaları “ANSA” xəbər agentliyi tərəfindən yayımlanıb. Mattarella Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 145-ci sessiyasında çıxış edib. Prezident çıxışı zamanı Martin Lüter Kinqin sözlərini sitat gətirərək bildirib:


 


“Qoy idmanın silahsız gücü silahları susdursun. Biz görmək istədiyimiz dünya olmalıyıq”.


 


İtaliya prezidentinin sözlərinə görə, Olimpiya Oyunları xüsusilə çətin dövrlərdə dünyaya mühüm mesaj göndərən möhtəşəm qlobal tədbirdir. Qeyd edək ki, İtaliyada Olimpiya Oyunları 6–22 fevral tarixlərində Milan və Kortina d'Ampezzoda keçiriləcək.


 


Niyaz Hacıyev


Sfera.az